Kamran Əsədov yazır ki;
- Əziz dostlar, bir çoxlarınızın suallarına cavab olaraq təhsil, elmi fəaliyyət və iş həyatımla bağlı qısa, lakin əhatəli məlumatı sizinlə bölüşmək istərdim. Aşağıda gördüyünüz kimi, bu yol asan olmayıb, amma hər addımda məqsədim ölkə təhsilinə və elminə töhfə vermək olub:
Təhsilim:
– Bakalavr: Bakı Dövlət Universiteti – Tarix ixtisası
– Magistratura:
• Azərbaycan Dövlət Pedaqoji Universiteti – Türk Dünyası Tarixi
• ADA Universiteti – Təhsilin İdarəolunması
– Doktorantura:
• Bakı Dövlət Universiteti – Vətən Tarixi
• AMEA Tarix və Etnologiya İnstitutu – Vətən Tarixi
Elmi fəaliyyətim:
– Dissertasiya mövzum: Azərbaycan-Ermənistan münasibətlərində Zəngəzur məsələsi (1918–1929-cu illər)
– 14 beynəlxalq elmi jurnalda, 8 yerli elmi jurnalda çap olunmuş məqalə
– 4 beynəlxalq və respublika səviyyəli elmi konfransda iştirak
– 2009-cu ildə “Konstitusiya” adlı kitabın müəllifi
– 2017–2023-cü illərdə orta məktəblər üçün Azərbaycan tarixi və Ümumi tarix dərsliklərinin müəlliflərindən biri
Əmək fəaliyyətim:
– 2004–2008: “Zirvə” kursu – Direktor müavini, tarix müəllimi
– 2008: “Hədəf” kursu – Tarix müəllimi
– 2009–2015: Səbail rayonu 51 saylı orta məktəb – Tarix müəllimi
– 2011–2015: Bakı Dövlət Universiteti – Tarix müəllimi
– 2014–2018: “İrəli” hazırlıq kursu – Direktor, tarix müəllimi
– 2016–2024: Təhsil Araşdırmaları Mərkəzinin direktoru
– 2019–2021: Qərbi Kaspi Universiteti – Tarix müəllimi
– 2019–2023: “Kamal” kursu – Direktor, tarix müəllimi
– 2024–hal-hazırda: ADPU – Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru
Ölkənin təhsil sistemində keyfiyyətin yüksəldilməsi, tarix elminin inkişafı və ictimai maarifləndirmə istiqamətində çalışmaqdan şərəf duyuram. Dəstəyiniz hər zaman güc verir!
Oxunub: 44