Məhəmməd İbadoğlunun həyat yolu....




Məhəmməd İbadoğlunun həyat yolunu və keçdiyi mərhələləri öz dilindən:
- Məhəmməd İbadoğlu Həbibov 14 mart 1966-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Əslən Şamaxı rayonunun indiki Səfalı kəndi (əvvəlki adı Zarad) kəndindəndir. İlk təhsilini 4-cü sinifə qədər həmin kəndin orta məktəbində almış, daha sonra təhsilini Sumqayıt şəhərində 15 nömrəli orta məktəbdə davam etdirmişdir.
1984-cü ildə hərbi xidmətə çağırılmış, Saratov vilayətinin Pugaçov şəhərində daxili qoşunlarda əsgər kimi xidmətə başlamışdır. Bir ildən sonra Samara vilayətinin Dyatliyevo şəhərində çavuş kurslarında təhsil alaraq xidmətini davam etdirmişdir. Xidmət dövründə mühafizə rəisi vəzifəsində çalışmışdır.
1989-cu ildə Saratov şəhərində yerləşən Daxili İşlər Nazirliyinin ali məktəbinə daxil olmuşdur. Lakin Qarabağda vəziyyətin gərginləşməsi səbəbilə öz istəyi ilə təhsilini yarımçıq qoyaraq Azərbaycana qayıtmış və 1991-ci ildə könüllü olaraq Qarabağ döyüşlərinə qatılmışdır. 700 nömrəli hərbi hissənin (6-cı batalyon) tərkibində döyüşmüş, burada müxtəlif komandirlər – o cümlədən sonradan general-mayor rütbəsinə yüksələn Lənkəran Əliyev ilə birgə xidmət etmişdir.
1993-cü ildə ordudan tərxis olunaraq yenidən Rusiyaya qayıtmışdır. Uzun illər ərzində Rusiyada biznes fəaliyyəti ilə məşğul olmuş, kafe, restoran, ticarət obyektləri sahəsində çalışmışdır.Məhəmməd İbadoğlunun üç övladı var – iki qız və bir oğul. Qızlar ailə həyatı quraraq öz yollarını tapıblar, beş nəvəsi var. Oğlu isə hələ evli deyil, lakin vətənə olan sevgisi, məsuliyyəti onu fərqli yola yönəldib. 2020-ci illərin çətin və sınaqlı günlərində, oğlu da könüllü olaraq vətənin müdafiəsinə qalxmış və döyüşlərdə iştirak etmişdir. Dörd aya yaxın döyüş bölgəsində xidmət etmiş, göstərdiyi şücaətə görə dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir.
Vətən sevgisi, övlad qayğısı və keçmişə duyulan həsrət Məhəmməd bəyi daim düşündürür. Bu duyğular zaman-zaman onun dilindən, yazılarından və ya sadəcə düşüncələrindən süzülüb gəlir: "Vətən baharında, el baharında, yurd baharında, təngidi yazlarım olur.Məhəmməd İbadoğlu Həbib   – Şeirə Gec Gələn, Amma Dəyər Verən Oğul
Məhəmməd İbadoğlu – şeirlə gec tanış olub, amma ona dəyər verən, sözün qədrini bilən bir şəhər oğludur. Uşaq yaşlarında qəlbində doğan şeirləri tam anlamasa da, onları yaşadı. O illərdə sözlərini bir özə vermirdi, çünki yaşamaq və döyüşmək daha öndə idi. Lakin həyatın müxtəlif mərhələlərində, xüsusən 35 yaşından sonra içində qopan fırtınalar, illərlə yığılan duyğular nəhayət ki, kağıza köçdü.
Şeirlərinin yaranmasında ən böyük təsir dostu – Alxas Məhəmmədov olmuşdur. Onun təşviqi və inamı sayəsində Məhəmməd İbadoğlu sözə sarıldı, yazmağa başladı. Və bu şeirlərdə yalnız qafiyə, ahəng yox, vətən sevgisi, ailə dəyərləri, həyat müşahidələri, keçmişə həsrət kimi dərin mənalar bjezinski əks olundu.
Onun şeirləri xalqın içindən gələn, təmtəraqsız, sadə, lakin doğma sözlərdən ibarətdir. Hər bənddə bir insanın, bir dövrün izi var.Doğulduğu torpağın qoxusu, keçdiyi yolların izləri, yaşadığı çətinliklərin sükutu – hamısı onun sözündə canlanır. O, şeiri yazmaq üçün deyil, yaşamaq üçün seçdi. Və yaşadı – həm də ləyaqətlə.
Hər misrası özünə bənzəyir: sadə, təmkinli, kövrək və səmimi. Məhəmməd İbad oğlu Həbib – şeirə könül verən, lakin könlünü şeirə qurban verməyən bir sənət adamıdır.
Bilqeyis Əliyeva.

Oxunub: 50
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az