Seçim turunun nəticəsinə əsasən Siyəzən samboçuları....
Təbrik edirik!Martın 28-də Bakı şəhərində Sambo üzrə Avropa çempionatında ölkəmizi təmsil edəcək idmançılar arasında seçim görüşləri keçirilib. Seçim turunun nəticəsinə əsasən Siyəzən samboçularından Qasımov Kamran (məqşçi Zaur Həmzəyev) 71 kq çəki dərəcəsində gənclər arasında, Ceyhun Hüseynov (məşqçi Yavuz Əliyev) isə 88 kq çəki dərəcəsində böyüklər arasında 13-16 may 2021-ci il tarixlərdə Kiprin Limassol şəhərində keçiriləcək Sambo üzrə Avropa çempionatında iştirak etmək hüququ qazanıblar. Samboçularımızı təbrik edir, onlara uğurlar arzulayırıq. Siyəzən rayon Gənclər və İdman idarəsi
Oxunub: 223