“Güclü cəmiyyətin zərif simaları” layihəsinin növbəti görüşü baş tutub.



Şamaxı rayon Mədəniyyət Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə həyata keçirilən “Güclü cəmiyyətin zərif simaları” layihəsinin növbəti görüşü baş tutub. 
Tədbirin əsas məqsədi regionlarda yaşayan qadınlar, yeniyetmə və gənc qızların şəxsi inkişafına, liderlik bacarıqlarının formalaşmasına, ictimai fəallığın artırılmasına və rəqəmsal dünyaya inteqrasiyasına dəstək verməkdir. Layihə, eyni zamanda, qadın hüquqlarının təşviqinə və gender bərabərliyinin təmin olunmasına xidmət edir.

Oxunub: 43
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az