Şou çərçivəsində “Land of Fire – Azerbaijan” polo komandası Böyük Britaniyanın “Guards” polo komandası üzərində 12:10 hesabı ilə qalib gəlib.
Böyük Britaniyada “Vindzor Kral Atçılıq Şousu-2025” başa çatıb. Azərbaycan nümayəndə heyəti tədbirdə Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə iştirak edib. Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və “Sərhədçi” rəqs ansamblı Qarabağ atları, milli geyimlər və musiqi müşayiəti ilə zəngin proqram təqdim edərək ölkəmizin mədəni irsini uğurla nümayiş etdiriblər.Şou çərçivəsində “Land of Fire – Azerbaijan” polo komandası Böyük Britaniyanın “Guards” polo komandası üzərində 12:10 hesabı ilə qalib gəlib. Oyundan sonra Beynəlxalq Polo Federasiyasının prezidenti Reto Gaudenzi və Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev komandamızı təbrik ediblər.
Oxunub: 68