Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Öyrən, xilas et!” layihəsi çərçivəsində təlimlərə start verilir.
May ayının 22-də Gəncə və Lənkəran şəhərlərində keçiriləcək ilk təlimlərdə “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinə nəzəri və praktiki biliklər təqdim olunacaq. Təlimlər zamanı könüllülər “İlk Yardım”, “Nəqliyyat hadisələri zamanı İlk Yardım” və “İlkin psixoloji yardımın göstərilməsi və Fövqəladə hallar zamanı davranış qaydaları” mövzuları ilə bağlı məlumatlandırılacaqlar.
Layihənin növbəti mərhələsində bu təlimləri keçmiş könüllülər əldə etdikləri bilikləri əhali arasında yaymaqla dövlət qurumları tərəfindən aparılan maarifləndirmə işlərinə dəstək göstərəcəklər.
Qeyd edək ki, layihənin əsas məqsədi fövqəladə vəziyyətlərdə və insan həyatı üçün təhlükə yaradan hallarda əhaliyə ilkin yardımın göstərilməsini öyrətmək və bu yolla vaxtında yardımın göstərilməməsi nəticəsində baş verən ölüm hallarının azaldılmasına dəstək göstərməkdir.
Oxunub: 70