Əminə Əliyeva Kunq-fu üzrə Dünya Çempionatının finalına yüksəldi.
Əminə Əliyeva Kunq-fu üzrə Dünya Çempionatının finalına yüksəldi.Xalq artisti Emin Ağalarov qızı Əminənin uğurunu paylaşıb.E. Ağalarov instaqram hesabında İtaliyanın Peruca şəhərində kung fu üzrə dünya çempionatında çıxış edən Əminənin görüntülərini bölüşüb.“Qürurum, Əminəm! Bu gün həqiqətən sizinlə bir sevinci bölüşmək istədim. Bütün uşaqlara qələbələr, özlərinə inam və sevdikləri işlə məşğul olmaqdan həzz arzulayıram”, - o paylaşımda yazıb.Qeyd edək ki, Əminə Əliyeva çempionatda light sanda döyüşü üzrə finala vəsiqə qazanıb.
Oxunub: 72