Şəhidlər Ağayev Zamin Zülfüqar oğlunun və İsrafilov Nicat Rəcəb oğlunun anım günləri ilə əlaqədar tədbir keçirilmişdir.
Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeçiliyində fəaliyyət göstərən Sündü kənd mədəniyyət evinin təşkilatçılığı ilə torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış şəhidlər Ağayev Zamin Zülfüqar oğlunun və İsrafilov Nicat Rəcəb oğlunun anım günləri ilə əlaqədar tədbir keçirilmişdir.Tədbir iştirakçıları ilk öncə şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə çıxış edənlər hər iki şəhidin keçdiyi şərəfli döyüş yollarından, qəhrəmanlıqlarından məlumat veriblər.Tədbir iştirakçıları kənd ərazisində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər.
Oxunub: 85