Veriliş “Ginnes Rekordlar Kitabı” tərəfindən ən uzun müddət efirdə yayımlanan idman proqramı kimi təsdiqlənib.



Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov ikinci dəfə dünyaca məşhur Ginnesin Rekordlar Kitabında rekord müəllifi olub. Bu münasibətlə Azərbaycan Televiziyasında tədbir keçirilib. Mərasimdə çıxış edən “Guinness World Records”un rəsmisi Şeyda Subaşı “Televiziya Şahmat Klubu” verilişinin 1969-cu il 27 martdan yayımlandığını bildirib. 55 il 277 gün efirdə olan verilişin müəllifi və aparıcısı Faiq Həsənov ikinci rekordun müəllifi kimi tarixə düşüb.
Gənclər və idman naziri Fərid Qayıbov, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov verilişin şahmatın inkişafı və gənclər arasında təbliği baxımından əhəmiyyətini vurğulayıblar.
Veriliş “Ginnes Rekordlar Kitabı” tərəfindən ən uzun müddət efirdə yayımlanan idman proqramı kimi təsdiqlənib.

Oxunub: 76
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az