Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 67 saylı tam orta məktəbdə keçirilən tədbirdə iştirak edib.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirdə Bakı şəhəri üzrə birincilik əldə edən məktəbin "Şahinlər" komandasının üzvləri də iştirak edib. Tədbirdə çıxış edən Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq İdarəsinin orta təhsil müəssisələrində hərbi vətənpərvərlik və çağırışaqədərki hazırlıq şöbəsinin rəisi, l Qarabağ müharibəsinin veteranı polkovnik Asəf Əhmədov komandaya hərbi oyunların respublika mərhələsində də uğurlar arzulayıb. Görüşün sonunda məktəbin hərbi rəhbərinə şagirdlərə hərbi vətənpərvərlik tərbiyəsini yüksək səviyyədə təbliğ etdiyinə görə Xidmət rəisi Mürsəl İbrahimovun adından rəmzi hədiyyə təqdim olunub.
Oxunub: 66