Şamaxıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.



Şamaxıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən öncə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, rayonun hüquq-mühafizə orqanlarının, eləcə də müvafiq idarə, müəssisə rəhbərləri və rayon  ictimaiyyətinin nümayəndələri Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək onun əziz xatirəsi ehtiramla yad ediblər.
Şamaxı Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Əbədiyyətin ilk əsri” adlı film nümayiş olunub.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Milli Məclisin deputatı Tamam Cəfərova, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, ADPU-nin Şamaxı filialının müəllimi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı  müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərindən  söz açıblar.

Oxunub: 57
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az