Səməd Vurğun, Nəriman Nərimanov, Nizami, Heydər Əliyev küçələri və xiyabanları, Nəsimi adına istirahət parkının salınması onun adı ilə bağlıdır. İnsanlara qarşı da çox həssas və mehriban idi. Heç bir vaxt səsini ucaltmazdı.
Sumqayıtın tarixinə adını yazdıran, adına küçə olan Hüseyn (Kamal) Axundov kimdir?
O, bir vaxtlar Azərbaycan SSRİ-nin MK-nın birinci katibi işləyən Vəli Axundovun qardaşıdır.
Hüseyn Axundov 1922-ci ildə Bakının Saray kəndində anadan olub. Bakı Pedaqoji texnikumunu bitirib. 1941-45-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olub. Müharibə illərində vuruşduğu hissələrdə komsomol təşkilatının katibi olan H.Axundov 1943-cü ildə Kommunist partiyasının sıralarına daxil olub.
1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Həmin il Sumqayıt şəhər partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1956-cı ildə şəhər partiya komitəsinin katibi seçilib.
1957-59-cu illərdə Moskvada Ali Partiya Məktəbinin dinləyicisi olub. 1959-cu ildə Sumqayıt şəhər icraiyyə komitəsinin sədrinin birinci müavini təyin edilib. Bir il sonra (1960) şəhər icraiyyə komitəsinin sədri vəzifəsinə irəli çəkilib və 11 il Sumqayıtın uğurları üçün çalışıb.
1971-1979-cu illərdə Respublika Dövlət Kinematoqrafiya Komitəsinin sədr müavini vəzifəsində çalışıb.
1986-cı ildə vəfat edib.
H. Axundovun eləcə də "Yaşıl bina"nın yaranmasında xüsusi xidmətləri olub.
Sumqayıt bu şəxslərlə fəxr edir. Sumqayıt Rəsmi Səhifə.
Oxunub: 582