
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Ərazi Partiya Təşkilatlarının (ƏPT) sədrləri, gənc fəallar və Vətən müharibəsi qaziləri iştirak ediblər. Görüşdə çıxış edən YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı dövlətçilik tariximizdə Konstitusiyanın və suverenliyin müstəsna əhəmiyyətindən danışaraq bu ilin mahiyyətinin gənclər arasında geniş təbliğinin vacibliyini vurğulayıb.
Daha sonra ƏPT sədrləri Şasəddin Mikayılov və Bəşir Lazımov, Vətən müharibəsi qazisi Elvin Məmmədov, eləcə də gənclərdən Nuranə Mirzəyeva, Yusif Şahməmmədov, Xədicə Qasımlı, Lamiyə Quliyeva və Elməddin Səlifov çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər. Onlar Azərbaycanın dövlət müstəqilliyinin və Konstitusiya əsaslarının qorunmasında gənclərin üzərinə düşən məsuliyyətdən danışıblar.
Tədbir qarşılıqlı fikir mübadiləsi və gənclərin suallarının cavablandırılması ilə davam edib.
Oxunub: 78
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az