Bilqeyis xanımın dediklərindən;
- Mən Əliyeva Bilqeys Novruz qızı.
15 iyun 1987 -ci ildə Qərbi Azərbaycanda anadan olmuşam.
1994-cü ildə 285 nömrəli tam orta məktəbə daxil olmuşam. 2000-ci ildən təhsilimi 278 nömrəli tam orta məktəbdə davam etmişəm. 2005-ci ildə tam orta təhsilimi bitirdim və 2006-cı ildə Bakı Sənaye Pedaqoji kollecin Fiziki tərbiyə və Gənclərin çağırışa qədər hazırlığı ixtisasına qəbul olmuşam. 2010-cu ildə həmən kolleci bitirmişəm. 2020-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsindən uğurla keçərək, müəllimlik fəaliyyətinə başladım.
2021-ci ildə yenidən müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etdim və uğur qazandım.
Hal-hazırda iki məktəbdə (Binə umumi orta məktəb və 181 nömrəli tam orta məktəb) işləyirəm .
İllər ərzində müxtəlif təlimlərdə iştirak edib sertifikatlar almışam.
2020-ci ildən təlimçiliyə başladım. Əsasən MİQ və Sertifikasiya hazırlığı “Fiziki tərbiyə” ixtisası üzrə təlimçi oldum.
Müxtəlif yaş qrupundan olan dinləyicilərim yüksək nəticə göstərib işə qəbul olmuşdurlar. 2022 -ci ildən Təhsil Formunda koordinator kimi çalışıram.
2022-ci ildə ixtisas artırma imtahanında iştirak edərək yüksək balla, Uşaq pisxalogiyasına, pisxoloq kimi qəbul olunmuşam. 2023 cü ildə Təhsil Formu tərəfindən İlin müəllimi adını alaraq döş nişanı ilə təltif olundum. 2023-cü ildə Azərbaycan Badminton Federasiyasında məşqçilik kursunu uğurla bitirərək Beynəlxalq dərəcəli sertifikatının sahibiyəm. 2024-cü ildə Azərbaycan Badminton Federasiyasının təşkil etdiyi hakimlik kursunu uğurla bitirərək Beynəlxalq dərəcəli sertifikatını almışam.
2024-cü ildə müəllifləri Sərdarov Aməd və mən Bilqeys Əliyeva müəllimlərin işə qəbulu üçün MiQ və Sertifikasiya hazırlığı üçün test toplusu kitabını nəşr etdirdik.
Oxunub: 388