“Təhsil Oyunları Platforması” layihəsi Azərbaycan dilində məktəb, lisey və kollec müəllimlərindən və inzibati işçilərindən ibarət olan komandalar üçün “Nə?Harada?Nə zaman?” oyunu üzrə Respublika çempionatını keçirib.



Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə “Təhsil Oyunları Platforması” layihəsi Azərbaycan dilində məktəb, lisey və kollec müəllimlərindən və inzibati işçilərindən ibarət olan komandalar üçün “Nə?Harada?Nə zaman?” oyunu üzrə Respublika çempionatını keçirib. 
Çempionat iki mərhələdən ibarət idi: onlayn seçim və əyani final. 
22 apreldə  keçirilən seçim turunda respublikanın bir çox bölgəsini təmsil edən 119 komanda 24 suala cavab verməli idilər. Nəticədə, 11 və daha çox düzgün cavab verən 32 komanda finala vəsiqə qazandı. Finalçılar arasında Bakı, Gəncə, Goranboy, Quba, Cəbrayıl, Samux, Şəmkir, Hacıqabul, Zəngilan, Ağdam, Sumqayıt, Kəlbəcər, Gədəbəy, Xaçmaz, Biləsuvar, Saatlı, Xocavənd, Beyləqan və Zərdab müəllimləri var idi.
27 apreldə  Bakıda keçirilən final oyununda 40 sual verildi. İlk 20 sualdan sonra 16 komanda "Böyük kubok", növbəti 16 komanda "Kiçik kubok" uğrunda yarışı davam etdirdi.
Nəticələr belə oldu:
Böyük Kubok:
1. "The Masters"( Goranboy) 
2."Mil" (Beyləqan- Xocavənd-Füzuli)
3."Xudmani" (Hacıqabul)
Kiçik kubok:
1. "Kayzen" (Gəncə)
2. "Bayraktar" (Şəmkir)
3. "Sirius" (Bakı)

Oxunub: 68
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az