Övladlarımızı kənar şəxslərdən necə qoruyaq?
Məlumatlı uşaq təhlükəni idarə edə bilər.
Övladlarımıza təhlükəni tanımağı öyrədək – onları qorumağın ən təsirli yolu maarifləndirmədən keçir. Real həyatdan misallar çəkərək obrazlı oyunlarla davranış modelləri quraq.
Hər “salam” verən dost deyil. Onlara tanımadıqları şəxslə ünsiyyətdə və özlərinə qarşı münasibətdə necə davranmalı olduqlarını izah edək.
Övladımız bizə tanımadığı biri haqqında danışırsa, onu yarımçıq dinləməyək. Səbrlə qulaq asaq, suallar verək və nə baş verdiyini başa düşməyə çalışaq. Onların bizimlə bölüşdüyü hər məlumat bizə olan inamının göstəricisidir.
#Unutmayaq: Övladlarımızın təhlükəsizliyi sadəcə qaydalarla deyil, etibarla qurulur. Onları qorumağın yolu onlarla bərabər düşünmək, danışmaq və öyrətməkdir.
Oxunub: 61
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az