Şamaxı rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Şəhla İsmayılova tərəfindən Şamaxı THTF liseyində "Konstitusiya və Suverenlik ili " çərçivəsində " Bir dahinin ömrü" adlı mühazirə oxunub.


 Şamaxı rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Şəhla İsmayılova  tərəfindən Şamaxı THTF liseyində  "Konstitusiya və Suverenlik ili " çərçivəsində " Bir dahinin ömrü" adlı mühazirə oxunub.
İlk öncə vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edilib
Daha sonra sənədli film nümayiş olunub
Şagirdlərin diqqətinə çatdırılıb ki,Azərbaycan Respublikasının Konstitusiya layihəsinin hazırlanması barədə danışarkən, heç  bir mübaliğəyə yol vermədən, qeyd etmək olar ki, bu, müstəqil dövlətçiliyimizin qurucusu, Ümummilli Lider Heydər Əliyevin  əsəridir. 1995-ci il iyunun 5-də Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə Konstitusiya Komissiyasının ilk iclasından  başlayaraq, 12 noyabr referendumunadək Ümummilli Lider Azərbaycanın Əsas Qanununun hazırlanmasına, onun bütün prinsipial müddəalarının geniş ictimaiyyət tərəfindən müzakirəsinə şəxsən rəhbərlik edib.  Ümummilli Liderimiz Heydər Əliyev bu sənədin təkcə dövrün tarixi və siyasi reallıqlarının deyil, bütövlükdə, xalqın milli-mənəvi dəyərlərinin süzgəcindən keçərək qəbul olunmasına çalışırdı və buna da nail oldu.

Oxunub: 60
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az