İsmayıllı təhsildə fərqlənməyə davam edir!
2024–2025-ci tədris ili üzrə Dağlıq Şirvan bölgəsində keçirilən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında İsmayıllı rayonu yüksək nəticələri ilə seçilib. Rayonun müxtəlif ümumtəhsil müəssisələrində təhsil alan onlarla şagirdin 200 baldan yuxarı nəticə göstərməsi təhsildə aparılan məqsədyönlü islahatların və müəllim-şagird əməyinin bariz nümunəsidir.
Bu uğurlar rayonun təhsil strategiyasına, müəllimlərin peşəkarlığına və şagirdlərin zəhmətinə əsaslanan davamlı inkişafın göstəricisidir. Təhsildəki bu yüksəliş gələcəyin savadlı və vətənpərvər vətəndaşlarının formalaşmasına mühüm töhfə verir.
Bu münasibətlə yüksək nəticə göstərən bütün şagirdlərimizi, onların əziyyətini çəkən müəllimləri və valideynləri təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik!
Oxunub: 63