ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri “Tomahawk Block V” raketləri ilə təchiz edilir.



ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri “Tomahawk Block V” raketləri ilə təchiz edilir
ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərini yeni nəsil qanadlı raketlərlə təchiz edir. 
26 mart tarixində, ABŞ HDQ Mətbuat xidməti “Raytheon” şirkəti tərəfindən “Tomahawk” raketlərinin “Block V” konfiqurasiyasında ilk partiyasını göndərildiyini açıqlamışdır.
Təchiz olunan raketlər “Tomahawk Block IV” raketinin təkçilləşdirilmiş modifikasiyasıdır. Keçən ilin mart ayında ABŞ HDQ tərəfindən “Raytheon” şirkətinə sifariş verilmiş təkmilləşdirmə və təkrar sertifikatlaşdırmanın ardından “Tomahawk Block V” konfiqurasiyası "təkmilləşdirilmiş naviqasiya və rabitə" əldə etmişdir. Yeni nəsil qanadlı raketlərin digər xüsusiyyətləri məxfi olaraq saxlanılır.
“Tomahawk” raketləri 1983-cü ildə Amerika ordusunun silahlanmasına qəbul edilmiş və bir neçə dəfə təkmilləşdirilmişdir. Gəmi versiyasından başqa, müxtəlif növ döyüş başlıqlarını daşıya bilən sualtı, quru və hava bazalanmalı “Tomahawk”lar da var.
Açıq mənbələrin məlumatına əsasən, bir raketin dəyəri təqribən 1,5 milyon ABŞ dollardır. Müxtəlif mənbələrdən məlumdur ki, silahlanmaya qəbul ediləndən etibarən xidmət müddətində “Tomahawk” raketləri 2300 dəfə döyüş məqsədi ilə istifadə edilmişdir.
ABŞ Müdafiə Nazirliyinin planlarına əsasən "Tomahawk” raketləri ən azı 2040-cı ilə qədər Amerika ordusunda silahlanmada qalacaqdır. Herbi Xeberler ve Melumatlar

Oxunub: 286
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az