Arkadi Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını açıqladı



 Arkadi Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını açıqladı
Tarixi etiraf: adlar bir-bir çəkildi…
Qondarma rejimin sabiq “prezidenti” Arkadi Qukasyan Xocalı soyqırımı zamanı rəhbərlik edən şəxslərin adlarını etiraf edib. O bildirib ki, 1992-ci ildə Xocalıda törədilən qətliam zamanı: 
Qondarma quruma rəhbərliyi – Artur Mkrtçyan
Hərbi rəhbərlik – Ermənistan ordusunun sabiq generalı, “Komandos” ləqəbli Arkadi Ter-Tadevosyan
“Özünümüdafiə qüvvələri”nin başçısı – Serj Sarkisyan olub.
Bu etiraf, soyqırımı əməlini planlayan və həyata keçirən şəxslərin birbaşa adlarının çəkilməsi baxımından tarixi əhəmiyyət daşıyır.
Qeyd edək ki, Xocalı soyqırımı nəticəsində 613 nəfər, o cümlədən qadın, uşaq və yaşlılar qətlə yetirilib, yüzlərlə insan əsir götürülüb və işgəncələrə məruz qalıb.

Oxunub: 77
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az