Abasov Ramin Əfsər oğlu Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Ramin Abasov 1994-1998-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda “Dövlət və bələdiyyə idarəetməsi” üzrə bakalavr, 1998-2000-ci illərdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə fakültəsində magistratura təhsili alıb. O, 2003-2020-ci illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsində metodist, məsləhətçi, aparıcı məsləhətçi vəzifələrində çalışıb. 2020-2022-ci illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsində rəhbər müavini olaraq fəaliyyət göstərib. 2022-ci ildən bu təyinata qədər isə Abşeron-Xızı Regional Təhsil İdarəsində müdir müavini olaraq fəaliyyət göstərib.
Ramin müəllimi yüksək vəzifəyə təyin edilməsi münasibətilə təbrik edir və

uğurlar arzulayırıq.
Oxunub: 83
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az