Tunisdə 47 ölkənin iştirakı ilə keçirilən “Tunis 2021 World Para Athletics Grand Prix” yarışları başa çatmışdır. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin idmançıları bu yarışda 7 qızıl, 1 gümüş medal qazanıblar.
Orxan Qasımov (nizə atma) – qızıl
Oloxan Musayev (nüvə itələmə) – qızıl
Orxan Aslanov (uzunluğa tullanma) – qızıl
Yuliya Yanovskaya (100 və 400 m qaçış) – 2 qızıl
Yelena Çebanu (200 m qaçış) – qızıl
Səid Nəcəfzadə (uzunluğa tullanma) - qızıl
Kamil Əliyev (uzunluğa tullanma) – gümüş
Millimiz turniri medal əyarına görə 47 ölkə arasında 6-cı yerdə başa vurdu.
Qeyd edək ki, bu günə atletika idman növündə millimiz "Tokio 2020"-ə 3 lisenziya qazanıb. Tunisdə əldə edilən nəticələr isə digər idmançılarımızın Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şanslarını artırıb.
İdmançılarımıza növbəti yarışlarda müvəffəqiyyətlər arzu edirik.
Oxunub: 203