Yarış cıdır və el şənliyi formatında təşkil ediləcək, giriş hamı üçün sərbəstdir.
Azərbaycan Respublikası Atçılıq Federasiyasın (ARAF) təşkilatçılığı və Şəmkir rayon icra hakimiyyətinin dəstəyi ilə Şəmkir rayonu Qılıncbəyli kəndi ərazisində Azərbaycan Yorğa atları üzrə Region Kuboku yarışı təşkil ediləcək.
Yarışa Gəncə, Bakı, Bərdə, Tovuz, Ağdam, Laçın, Balakən, Şəmkir, İmişli, İsmayıllı, Qazax, Xocalı, Ucar, Goranboy, Ağstafa, Sabirabad və ölkənin digər bölgələrindən qatılan 50-yə yaxın at və çaparları, 8 məsafə və yaş qrupu üzrə ən güclüləri müəyyən etmək üçün meydan sulayacaqlar!
Oxunub: 39