Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Regional Təhsil İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsi və Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin birgə təşkilatçılığı ilə "Gənclər Paytaxtı Sumqayıt - 2025" ili çərçivəsində cari ilin 04 aprel tarixində Təbiət Elmləri Təmayüllü Gimnaziyada "Şahin" hərbi-idman oyunu üzrə Sumqayıt şəhər birinciliyi keçirilib.
Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
11 komandanın iştirak etdiyi hərbi-idman oyununda I yerə Təbiət Elmləri Təmayüllü Gimnaziyanın, II yerə İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin, III yerə isə 14 nömrəli tam orta məktəbin komandaları layiq görülüb.
Qalib komandalar Regional İdarənin diplomları ilə təltif olunub, l yeri tutan komanda isə yarışların zona mərhələsinə vəsiqə qazanıb.
Oxunub: 65