ATF vitse-prezidentləri Hikmət Səmədov və Niyaməddin Paşayev Gimnaziada İdman Oyunlarına yola düşən milli komandamızın üzvləri ilə görüşüblər.
ATF.
Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidentləri Hikmət Səmədov və Niyaməddin Paşayev Gimnaziada İdman Oyunlarına yola düşən milli komandamızın üzvləri ilə görüşüblər. Yığmanın yarışa hazırlığı ilə maraqlanan ATF rəsmiləri aprelin 4-dən 14-dək Serbiyanın Zlatibor şəhərində keçiriləcək ISF U15 Gimnaziada İdman Oyunlarında taekvondoçularımıza uğurlar arzulayıb, qələbə qazanacaqlarına ümidvar olduqlarını bildiriblər. Qeyd edək ki, ölkəmiz sözügedən oyunlarda 18 idman növündə 191 idmançı ilə təmsil olunacaq.
Oxunub: 54