"Qərb mənimlə ərəb olduğum üçün döyüşdü, ərəblər isə qadın olduğuma görə döyüşdülər."
1950-ci ildə Bağdadda anadan olan Zaha Hadid dünyaca məşhur ərəb memarıdır. O, London Arxitektura Assosiasiya Məktəbində təhsil alıb və 1980-ci illərdə həmin məktəbdə çalışıb. Hadid bir çox beynəlxalq səviyyəli layihələrdə iştirak edib və qlobal miqyasda uğurlar qazanıb. O, həmçinin Amerika İncəsənət İnstitutunun Fəxri Üzvü, Avstriyada Vyana Tətbiqi İncəsənətlər Universitetinin professoru olub. Zaha Hadidin dizayn etdiyi bir neçə tanınmış memarlıq əsəri arasında Honkonqdakı "Peak Klub" və Uelsdəki "Cardiff Bay Opera House" yer alır.
Zaha Hadid 2004-cü ildə Pritzker Memarlıq mükafatını qazanan ilk qadın memar olub. Onun memarlıq üzrə töhfələri yüksək qiymətləndirib və dünyaşöhrətli memar bir çox mükafatlarla təltif olunub. Hadid, xüsusilə 2002-ci ildə Sinqapurun şimali baş planının layihələndirilməsi işi ilə diqqət çəkib və 2005-ci ildə o, İsveçrənin Bazel şəhərindəki kazinoların layihəsi ilə bir başqa böyük mükafat əldə edib.
Bakıdakı Heydər Əliyev Mərkəzinin dizaynı da Zaha Hadidə məxsusdur. Onun bu layihəsi 2014-cü ildə London muzeyinin mükafatına layiq görülüb. Zaha Hadid həmçinin Azərbaycan Memarlar İttifaqının Fəxri üzvü olub və akademik Mikayıl Hüseynov adına medalla təltif edilib.
Dünyaca məşhur memar 31 mart 2016-cı ildə Mayamidə müalicə aldığı zaman vəfat edib. Onun həyat və yaradıcılığı memarlıq dünyasında əbədi iz qoyub.
Oxunub: 56
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az