Min dəvə yükünə yüklənib dərdim.

                                                     


 Unudulmayan müəllim – Mehman Dağlaroğlu
      Mehman müəllim həyatdan uzaqlaşsa  da, öz gül ömründən ayrılsa  da, onu sevə ürəklərdən uzaqlaşmadı, ayrılmadı.
                                                       Əlisa Hacıyev filoloq, şair
 Müəllim peşəsi bütün peşələrdən daha imtiyazlıdır. İmtiyazlı peşə olduğunu düşünən bir çox insanın keçmişində istedadlı bir müəllim imzası var. Öz səmimiliyi, qabiliyyəti və hər bir kəsi öz şeirləri ilə duyğulandıran, imzası ilə tanınan müəllimlərdən biri də Mehman Abzərov idi. Mehman müəllim 1982-ci ilin ilk bahar ayında Qobustan rayonunun Sündü kəndində anadan olmuşdur. Doğma kənddə orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanır. 
 Hərbi xidmətini başa vurduqdan sonra sənədlərini Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının ibtidai təhsilin pedoqogikası və metodikası fakültəsinə verir. Həmin fakültəni əla qiymətlərlərlə bitirərərk, Ş.Şikarov adına Sündü kənd orta məktəbində gənclərin cağrışıaqədərki hazırlığı müəllimi kimi fəaliyyət göstərir. O 2009-cü ildə Sündü kənd bələdiyyəsinə üzv seçilir. 2012-ci ildən həmin kənd bələdiyyəsinin sədri vəzifəsini icara etməyə başlayır. Bir bələdiyyə sədri kimi kəndin hər bir probleminin dərhal aradan qaldırılmasına çalışar və kənd sakinlərinin müraciətinə həssaslıqla yanaşardı. 
      Mehman müəllim həm də şair təbiətli insan idi. Onun şeirlərində bir nisginlik hiss olunurdu, bəlkə ürəyinə nəsə danmışdı:
Dalmışam xəyala, batıbdır qəmim
                              Min dəvə yükünə yüklənib dərdim.
                              Nədəndir bilmirəm dəryadır qəmim,
                              Görəsən dərdimi kim belə yazdı?
    Çox heyf ki, amansız ölüm bu gənc müəllimi 2020-ci ilin baharının ikinci
 ayında aramızdan apardı. Allah rəhmət etsin.
       Amma Mehman müəllim heç vaxt unudulmadı. Yaxınlarda onun tələbə yoldaşı olmuş, Qobustan Rayon Təhsil sektrounun aparıcı məsləhətçisi Kənan Rəhimlinin “O günəş bir də doğarmı”?! kitabı oxucuların ixtiyarına verildi. Həmin kitab Mehman Abzərovla bağlı ürəkaçan xatirlərlərdən ibarətdir. 
       Mehman müəllimin qızı Röya həmin kitabda atasına ürək sözlərini belə ünvanlayır:
İnanıram Allah bir gün bizi cənnətdə qovuşduracaq. O vaxta qədər biz sənin arzularını yerinə yetirəcək, adına layiqli bir övlad olmağa çalışacağıq. 
Məhəmməd Bayramov
Jurnalistlər Birliyinin üzvü
Qobustan rayonu

Oxunub: 237
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az