Dünyanın qeyri-rəsmi olaraq ən uzunömürlü insanı sayılan, ömrünü Lerik rayonunun ucqar dağ kəndi Barzavuda çobanlıq etməklə keçirən Şirəli Müslümovun anadan olduğu gündür.


Şirəli Fərzəli oğlu Müslümov 26 mart 1805-ci ildə Lerik rayonunun Barzavu kəndində doğulub. O, ömrünün 150 ilini Lerik dağlarında çobanlıq etməklə keçirib. Şirəli baba 3 dəfə evlənib və 23 övladı olub. 136 yaşında 3-cü dəfə evlənən Şirəli babanın bu evlilikdən bir qızı dünyaya gəlib. Onun yaşını təsdiqləyən yeganə sənəd pasportu olub. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün onun yaşına şübhə ilə yanaşanlar da olub. Elə bu səbəbdən də o, Ginnesin rekordlar kitabına düşə bilməyib. Lakin 1993-cü ildə Rusiya, MDB və Baltikyanı ölkələrin “Möcüzə 93. Möcüzələr. Rekordlar. Nailiyyətlər” (“Диво 93. Чудеса. Рекорды. Достижения”) rekordlar kitabına daxil olub. 
1966-cı ildə Azərbaycan Kinostudiyası tərəfindən onun haqqında “Şirəli dağdan endi” adlı sənədli film çəkilib. Bu film dünyanın 20-dən çox dilinə tərcümə edilib. Şirəli baba ilk dəfə 1972-ci ildə, ölümündən bir il əvvəl xəstələnib.
 O, 2 sentyabr 1973-cü ildə (168 yaşında) vəfat edib. Vəfat edəndə nəvəsinin artıq 100 yaşı olub. Alimlər Şirəli babanın çox yaşamasına səbəb kimi təmiz dağ havası, gərgin olmayan həyat tərzi, qidada yağın miqdarının az olmasını göstərirlər.

Oxunub: 76
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az