TƏBİB və TMİB arasında əməkdaşlıq əlaqələri müzakirə olunub.



TƏBİB və TMİB arasında əməkdaşlıq əlaqələri müzakirə olunub.
TƏBİB-də Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) nümayəndələri ilə görüş keçirilib.
TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov, Anar İsrafilov və TMİB-nin İcraçı direktoru Vüsal Məmmədovun rəhbərliyi ilə keçirilən görüşdə iki qurum arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Görüşdə TƏBİB-in, eləcə də TMİB-in fəaliyyət istiqamətləri, tibb müəssisələrində xidmətin təşkili üzrə həyata keçirilən tədbirlər, icbari tibbi sığortanın tətbiqindən sonra əldə olunan nəticələr barədə müzakirələr aparılıb və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Oxunub: 78
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az