Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi.
Qobustan Rayon Təhsil Sektoru və Təhsil İşiləri Azad Həmkarlar İttifaqı Qobustan rayon komitəsi birlikdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirtdi.Tədbirə təhsil sahəsində çalışan qadınlarla yanaşı şəhid ailələri də dəvət olunmuşdu.Öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Tədbirin aparıcısı Çinarə Abuzərova ilk olaraq sözü Təhsil Sektorunun müdiri Tahir Səbzaliyevə verdi.Tahir müəllim çıxışında bildirdi ki,qadınlar həyatın mənası ,bəzəyi və əbədi gözəlliyidir.Gözəllik rəmzi olan qadın ,ana adı ölkəmizdə həmişə uca tutulmuşdur.Məhz bu gün ,yəni 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bura toplaşmışıq.Sizlərin simanızda bütün qadınlarımızı bu bayram günü münasibətilə təbrik edirəm .
Tədbirə dəvət olunmuş Vətən Müharibəsi Qəhrəmanı ,XTQ-nin giziri Elyar Vəliyevin valideynləri-Arif bəy,Səmayə xanım ,Şəhid Sərxan Hacıyevin anası Humay xanım da tədbirin təşkilatçılarına təşəkkür etdilər.Bu gün münasibətilə qadınlarımıza firəvan.. həyat arzuladılar.
Qobustan təhsil işçiləri həmkarlar komitəsinin sədri Mahir Soltanov da öz çıxışında qadınları təbrik edərək bildirdi ki,Azərbaycan qadını özünü ailəsinin ,vətəninin xoşbəxtliyi,səadəti yolunda şam kimi əridən insandır.Ən başlıcası Poladların,Elyarların,Sərxanların ümumiyyətlə,ölkəmizin azadlığı,müstəqilliyi yolunda mübarizə aparan minlərlə oğulların anasıdır.
Qobustan şəhər A.Qayıblı adına 3 Saylı məktəbin şagirdi Zülfiyyə Qurbanova C.Cabbarlının "Ana" şeirini söylədi.Şən oyunlar və musiqi nömrələri ilə tədbir davam etdirildi.
Bu diqqətə görə tədbir işçiləri ATİAHİ Respublika Komitəsinin sədri cənab Araz Paşayevə,Qobustan rayon Təhsil Şöbəsinin müdiri Tahir Səbzaliyevə və Təhsil İşçiləri yerli Həmkarlar Komitəsinin sədri Mahir Soltanova öz minnətdarlıqlarını bildirdilər.
Sonda iştirak edən qadınların hər birinə hədiyyələr verildi.
Məhəmməd Bayramov
Jurnalistlər Birliyinin üzvü
Qobustan rayonu
Oxunub: 380