Fevralın 22-də Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə əvvəlcə iştirakçı ölkələr təqdim olunub, dövlət bayraqları zala gətirilib. Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək turnirdə iştirak edən bütün idmançılara müvəffəqiyyətlər arzulayıb və Dünya Kubokunu açıq elan edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir bədii hissə ilə davam edib.
Batut gimnastikası üzrə Azərbaycanı qadınlarda Selcan Mahsudova, Şəfiqə Hümbətova, kişilərdə isə Nicat Mirzəyev (fərdi və sinxron çıxışlar), Mehdi Əliyev (fərdi çıxış), Əli Niftəliyev təmsil edirlər. Tamblinq üzrə isə Tofiq Əliyev, Adil Hacızadə, Hüseyn Əsədullayev və Aleksey Karataşov medallar uğrunda mübarizə aparırlar.
Oxunub: 23