Ukrayna vətəndaşı, şamaxılı Oleq Krapivin bu gün "YAŞAT" Fonduna 10.000 dollar yardım edib.




Ukrayna vətəndaşı, şamaxılı Oleq Krapivin bu gün "YAŞAT" Fonduna 10.000 dollar yardım edib.
Oleq Krapivin Şamaxıda doğulub, burada yaşayıb, sonra ailəsi ilə birlikdə  Bakıya köçüb.
Krapivin öz imkanları hesabına Şamaxıda “Şirvan” idman klubunu tikdirib.
O, Kiyev Azərbaycanlıları Konqresinə rəhbərlik edir və veteranlar arasında sərbəst güləş üzrə dünya çempionudur. 
2016-cı ildə ölkə başçısı cənab İlham Əliyev tərəfindən Oleq Krapivin Azərbaycanın “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adı ilə təltif olunub.
Krapivinin rəhbərliyi ilə Ukrayna-Azərbaycan, Heydər Əliyev adına təhsil, elm, mədəniyyət, idman mərkəzi qurulub. Azərbaycan dilini öyrənmək üçün bazar günü məktəbi açılıb. Onun köməyi ilə “Veten” vokal və rəqs ansamblı yaradılıb, Kiyevin “Bakineç” idman klubu açılıb.
Onu da qeyd etmək lazımdır ki, Krapivin Vətən müharibəsi zamanı da Silahlı Qüvvələrə dəstək Fonduna 20.000 dollar yardım etmişdir.
Əsl azərbaycanlı olmağın gözəl nümunələrindən biri də, məhz Oleq Krapivindir.
Anar Turan. Şamaxı Tv məlumatı əsasında.

Oxunub: 500
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az