İbrahimxəlil xanı və onun 22 nəfər ailə üzvlərinin hamısını öldürmüşdü.
Şuşanı xanlığın paytaxtı seçən isə İbrahimxəlil xanın atası Pənahəli xan Cavanşir idi. İbrahimxəlil xan Xankəndini özünə istirahət məskəni seçəndə bura kiçik kənd olmuşdu, acınacaqlı odur ki, xan özünün bütün ailə üzvləri ilə burada istirahət edən zaman, rus generalı Lisaneviç Rusiyanın Qarabağ xanlığı ilə bağladığı 1805-ci il 14 may tarixli Kürəkçay müqaviləsini xaincəsinə pozaraq 1806-cı ilin iyulun 18-də gecə vaxtı buraya hücum etmiş, İbrahimxəlil xanı və onun 22 nəfər ailə üzvlərinin hamısını öldürmüşdü.
Oxunub: 276