Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “Sağlam həyat” səyyar idman avtomobili bu gün Şamaxı rayonunda olub.
Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “Sağlam həyat” səyyar idman avtomobili bu gün Şamaxı rayonunda olub. Şamaxı Heydər Əliyev Parkında baş tutan tədbirə 314 iştirakçı qoşularaq əyləncəli vaxt keçirib, müxtəlif idman növlərində qüvvələrini sınayıblar.Tədbirdə rayon məktəbliləri, Samaxı rayon texniki , humanitar ve təbiət fənləri təmayüllü liseyin şagirdləri, Şamaxı Dövlət Regional Kollecininin tələbələri, Şamaxı Peşə Liseyinin tələbələri, idmançılar və rayon sakinləri iştirak edirdi.Normativləri yerinə yetirən həvəskar idmançılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin seltifikatları ilə təltif olunub.
Oxunub: 99