Napoleon Bonopartın mərmərdən hazırlanmış büstünü hədiyyə etmişdir.
Məşhur fransız yazıçısı Aleksandr Düma Qafqaza səyahət edərkən Azərbaycanın tanınmış şairəsi Xurşidbanu Natəvanla görüşür.Bu görüşün yadigarı kimi A.Düma şairəyə Napoleon Bonopartın mərmərdən hazırlanmış büstünü hədiyyə etmişdir. Büstü fransız heykəltəraşı Barref 1853-cü ildə hazırlamışdır.Üzeyir bəy Hacıbəyovu Xurşidbanu Natəvan və onun ailəsi ilə çox sıx dostluq əlaqələri bağlayırdı. Bu səbəbdən X.Natəvanın nəticəsi Leyla xanım Usmiyeva 1988-ci ildə bu dəyərli mirası Üzeyir Hacıbəyovun ev muzeyinə hədiyyə etmişdir.Üzeyir Hacıbəylinin Ev Muzeyi - The House Museum Of Uzeyir HajibeyliBabək Cəfərov
Oxunub: 291