Ekstremal şərait və onun yaratdığı sosial-psixoloji problemlər” mövzusunda növbəti seminar keçirilib.





Ekstremal şərait və onun yaratdığı sosial-psixoloji problemlər” mövzusunda növbəti seminar keçirilib.
Martın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Məktəbəqədər təhsil fakültəsinin təşkilatçılığı ilə “Ekstremal şərait və onun yaratdığı sosial-psixoloji problemlər” mövzusunda növbəti seminar təşkil edilib. Budəfəki seminar universitetin və struktur qurumların rəhbərliyi və əməkdaşları üçün keçirilib. Seminarda universitetin rektoru professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Ümumi işlər üzrə prorektor Tural Cəlilov, rektorun müşaviri Ümid Mehdiyev, Tədris departamentinin direktoru dosent Sənan Əliyev, ADPU–nun filiallarının və Pedaqoji Kollecin direktorları, fakültə dekanları və digər struktur rəhbərləri və müəllimlər iştirak edib.
Prof. C.Cəfərov yüzillik ərəsfəsində universitetdə görülmüş işlərdən, aparılmış islahat və yeniliklərdən, Covid-19 pandemiyası ilə qarşıya çıxan çətiniklərin müşayəti ilə aparılan tədris və imtahan sessiyasındakı fəaliyyətdən danışıb və çətinliklərə baxmayaraq rəhbərlik tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışaraq onlar üçün yaradılan şəraitdən söhbət açıb. Rektor seminarın önəmli bir problemə həsr olunduğunu qeyd edərək bu sahədə görüləcək işlərin əhəmiyyətini qeyd edərək müasir şəraitdə bu işlərin müntəzəmliyinin yetişən müəllim kadrlarının sağlam tərbiyəsinə əlavə fayda verdiyini söyləyib.
Seminarın moderatoru, Məktəbəqədər təhsil fakültəsinin dekanı professor Şəhla Əliyeva seminarın əhatə etdiyi  mövzunun mahiyyətindən söz açaraq pandemiya şəraitində cəmiyyətdə formalaşan depressiv vəziyyətdən və bunun nəticəsində artan sosial-psixoloji gərginliklərdən, mövcud vəziyyəti müəyyən qədər aradan qaldırmaq üçün aranan yollardan danışıb və müzakirə olunacaq istiqamətləri elan edib.
Seminarda Ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev “Ekstremal şəraitdə psixika və davranışda baş verən dəyişikliklər” mövzusunda, kafedranın dosenti Məhərrəm Əliyev isə “İntiharın yeddili preventiv modeli” mövzusunda məruzələrlər edib. Pedaqoji psixologiya kafedrasının müəllimi Yaqut Ağasiyeva isə “Pandemiyanın gənclərə psixoloji təsiri” mövzusunda çıxış edib. Fakültənin alimlərindən professor Elmar Hüseynov, dosent Pərişan Həsənova və dosent Şərafət Baxışova da mövzu ətrafında maraqlı maraqlı fikirlər səsləndirib.
  Sonra iştirakçıların sualları məruzəçilər tərəfindən ətaflı cavablandırılaraq mövzu müzakirələrə davam edib.
ADPU-nun Mətbuat Xidmətinə istinadən.
Məmmədov Əliqasım.

Oxunub: 437
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az