Gənc çempionumuz 44 günlük Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olmuş Elbrus Hüseyinovun qızıdır.
ATF.
Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən kiçik yeniyetmələr arasında Avropa birinciliyində taekvondoçumuz Dərya Hüseyinova 24 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Qeyd edək ki, gənc çempionumuz 44 günlük Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olmuş Elbrus Hüseyinovun qızıdır.
Oxunub: 89