Zəfər gününə həsr edilən tədbir keçirilib.
Dağlıq Şirvan Regional İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər Texniki Humanitar və Təbiət təmayüllü internat tipli liseydə 8 noyabr-Zəfər Gününə həsr edilən tədbir keçirilib.Tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən Həmid Qasımov, ATİAHİ-nin Şamaxı rayon komitəsinin sədri Fuad Nəsirov, Şamaxı Rayon Təhsil Sektorunun əməkdaşları, şəhid ailələri, müəllimlər və şagirdlər iştirak etmişdir.Rəsmi hissədən sonra şagirdlər tərəfindən böyük zəfərimizə həsr edilən şer və mahnılar səsləndirilmiş, həmçinin ədəbi-bədii kompozisiyalar təqdim edilmişdir.
Oxunub: 100