Paralimpiya çempionu İmaməddin Xəlilov ilə ustad dərsi keçiriləcək.




Paralimpiya çempionu İmaməddin Xəlilov ilə ustad dərsi keçiriləcək.
Parataekvondo üzrə Paralimpiya, dünya və Avropa çempionumuz İmaməddin Xəlilov tərəfindən 30 oktyabr saat 16:30-da Azərbaycan Taekvondo Federasiyanın məşq zalında yeniyetmə parataekvondoçular üçün ustad dərsi təşkil ediləcək.
Tədbir zamanı parataekvondonun fəlsəfəsi, fundamental texnikalar, fəndlərin yerinə yetirilməsi də daxil olmaqla müxtəlif mövzular əhatə olunacaq.
6-16 yaş arası yeniyetmələr taekvondo kimanosunda tədbirdə iştirak edə bilər.
Ünvan: Xətai prospekti, 51. (Azərbaycan Taekvondo Federasiyasının məşq zalı)

Oxunub: 99
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az