Bəhreyn Krallığının Manama şəhərində keçiriləcək Bəhreyn-2024 Gimnaziada İdman Oyunlarında ölkəmizi 14 taekvondoçu təmsil edəcək.



Oktyabrın 23-dən 31-dək Bəhreyn Krallığının Manama şəhərində keçiriləcək Bəhreyn-2024 Gimnaziada İdman Oyunlarında ölkəmizi 14 taekvondoçu təmsil edəcək. 
Milli komandamızın heyətində oğlanlar arasında Mehdi Budaqlı (45 kq), Kənan Əliyev (48 kq), Bahadur Dostuyev (51 kq),
Ülvi Abdullayev (55 kq), Aydın Süleymanov (59 kq), Əbdülsübhan Dadaşlı (63 kq), 
Bilal Enis Turan (68 kq), Elcan Əliyev (78 kq), Allahverdi Məmmədov (+78 kq), qızlar arasında Gülü Zamanlı (42 kq), Xuraman Cavadzadə (44 kq), Nilufer Borji (49 kq), Seyidxanım Məmmədova (52 kq) və Sehri Cəlalova (55 kq) mübarizə aparacaqlar. 
Qeyd edək ki, taekvondo üzrə yarışlar 27, 28 və 30 oktyabr tarixlərində keçiriləcək. 
Yarışda beynəlxalq dərəcəli referi Gündüz Abdullayev ölkəmizi hakim kimi təmsil edəcək. 
71 ölkənin iştirak edəcəyi yarışda Azərbaycan 16 idman növündə 18 yaşadək 160 idmançı ilə təmsil olunacaq. 

Oxunub: 150
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az