Şamaxının bu hissəsində üzüm bağlarında son 14 gündür davam edən "Elsinoe Ampelina" patogenin inkişafı üçün 100 faizlik risk mövcuddur. Bu patogen Antraknoz funqal (göbələk) xəstəliyinin törədicisidir. Dərmanlama üçün bu gün uyğun iqlim şəraiti olacaq. 26 mart isə uyğun olmayacaq. Tanıdığınız fermerləri məlumatlandırın zəhmət olmasa.
Mis sulfat tərkibli pestisidlərdən istifadə edərək xəstəliklə kimyəvi mübarizə apara bilərsiniz.
Qeyd: Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik şöbəsi tərəfindən göndərilən bu məlumatlar həftəlik məlumatlandırma olduğu və yalnızca iqlim stansiyaları olan ərazilərdə aparıla bildiyi üçün səhifəmizi izləməyi, təsərrüfatlarınızda iqlim stansiyaları quraşdırmağı və dataları bizimlə bölüşməyi Sizdən xahiş edirik. Mövcud məlumatlar "Azgranata" MMC-nin iqlim stansiyasından əldə olunmuşdur.
Bu növ bildirişləri almaq üçün keçiddən Kənd Təsərrüfatı Nazirliyinin Telegram qrupuna qoşula bilərsiniz.
Şamaxı DAİM xidmətinizdə.
Oxunub: 510