Əliyar Ağayev.




17 oktyabr 1987-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini 2005–2009-cu illərdə ADBTİA-da almışdır. 2005-ci ildən hakimlik fəaliyyətinə başlamışdır. 2009-cu ildən Premyer – Liqa oyunlarında referi kimi fəaliyyət göstərir. 2013-cü ildə FİFA hakimlik dərəcəsini almışdır. 2011/20122012/20132013/2014-cü illərdə ölkə kubokunun final oyunlarını idarə etmişdir. Hal – hazırda AFFA hakimlər komitəsində mütəxəssis vəzifəsində çalışır. 

Aağyev 2024-cü ilin mart ayında Avro 2024-ün seçmə mərhələsinin G qrupunda keçirilən MonteneqroBolqarıstan matçında hakim funksiyasını yerinə yetirib. Yan xətt hakimləri rolunu isə Zeynal Zeynalov və Akif Əmirəli icra edib.

2 sentyabrda UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində KosovaRumıniyanın qarşılaşdığı matçı idarə edib. 2 oktyabrda isə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turu çərçivəsində Avstriyanın Klagenfurt şəhərində yerləşən Verterze stadionunda keçirilən "Şturm" və "Brügge" qarşılaşmasının baş məşqçisi olub. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edib, dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirib.

2015-ci ilin dekabrında UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Rapid-Dinamo Minsk oyununu idarə edərək, bu turnirin qrup mərhələsində hakimlik etmiş ilk azərbaycanlı kimi tarixə düşmüşdü.

2016-cı ildə UEFA-nın I kateqoriyasına keçməklə, Çempionlar Liqasında qrup və pley-off oyunlarına təyinat almaq hüququ qazanıb.

Ölkə futbolu tarixində daha bir ilkin imzası Əliyar Ağayevə məxsusdur. Belə ki, Azərbaycan futbolu tarixində UEFA Çempionlar Liqasının qrup mərhələsində oyunu idarə etmək üçün təyinat almışdır. 2022/23-cü il futbol mövsümünün Çempionlar Liqasının G qrupunun 6-cı və sonuncu turu çərçivəsində Danimarkanın "Kopenhagen" və Almaniyanın "Borussiya Dortmund FK" klublarının oyununda baş hakim kimi qitənin ən nüfuzlu klub turnirində debüt etdi. Ona yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirib.


Oxunub: 58
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az