Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.

 


FHN-nin İdman-Sağlamlıq klubunda Azərbaycan  Taekvondo Federasiyasının dəstəyi ilə Qazaxıstan, Özbəkistan və Gürcüstan idmançılarının da qatıldığı uşaqlar, yeniyetmələr və gənclər arasında "Ümid" və "Alpman" taekvondo klublarının açıq birinciliyində Şamaxı və Ağsu taekvondoçuları uğurla çıxış ediblər. 
Tədbirdə öncə Dövlət Himni səsləndirilib, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğurunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar. 
Qeyd edək ki, yarışda 45 komandadan 649 taekvondoçu öz  qüvvəsini sınayıb.
              Ağsu
🥇Ülvi Məmmədov - 36 kq;
🥈Yusif Zərbəliyev – 30 kq.
Şamaxı Olimpiya Mərkəzi
🥈Yusifova Nuray – 68 kq;
🥈Haydımova Lalə - + 68 kq;
🥉Fidan Məmmədova – 59 kq;
🥉Aliyə Qubatova – 55 kq;
🥉Əvzan Mənsimov - +65 kq;
🥉Gülnar Kərimova – 29 kq.
İdmançılarımıza və onların məşqçiləri Vüqar Kərimovu, Alxas Məmmədovu və Xanım Osmanovanı təbrik edirik!

Oxunub: 105
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az