Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilən "Ümid" və "Alpman" taekvondo klublarının açıq birinciliyi uğurla yekunlaşdı.



Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilən "Ümid" və "Alpman" taekvondo klublarının açıq birinciliyi uğurla yekunlaşdı. 
Tamaşaçılar üç gün ərzində gələcəyin ulduz taekvondoçularının əzmkar və yüksək rəqabət şəraitində keçən çıxışlarını maraqla izlədilər. Yarışın yekununda ilk 5 yerə çıxmış komandalar kuboklarla təltif edildilər.
Ümumi hesabda mükafatlandırılan komandaların siyahısı: 
I yer - “Zhash Batyr” (Qazaxıstan)
II yer - “Abşeron” TK 
III yer - Təhsil RİM Sumqayıt
IV yer - “Asiman” TK
V yer - “Ali-Mehdi” TK
Qalib və mükafatçıları təbrik edir, gələcək idman karyeralarında uğurlar.


Taekvondo klublarının üzvlərinin iştiarkı ilə keçirilən açıq birincilikdə Vasif Səlimov oğlanlar arasında, Nurtac İsrafilova isə qızlar arasında yarışın ən yaxşı idmançısı adına layiq görülüblər. Elnur Sadıqov və Aysel Qurbanova isə yarışın ən yaxşı milli dərəcəli hakimləri seçiliblər. 
Təşkilat Komitəsi tərəfindən əcnəbi məşqçilər Şoxrux Xolikov (Özbəkistan), Abdulaziz Qanyev (Özbəkistan), Əlimşah Talıbov (Gürcüstan), Rasui Kamilaya (Qazaxıstan) təşəkkürnamə və xatirə medalyonları təqdim edilib. 
Yarışda fəal iştirakı ilə fərqlənən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələrindən ibarət könüllü qrupunun üzvləri də təşəkkürnamə ilə təltif olunublar.

ATF.

Oxunub: 131
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az