Şamaxı Olimpiya Mərkəzində yeniyetmə qızlar arasında ilk Tag-Rugby yarışması keçirildi.





05 oktyabr 2024 - cü il tarixində Şamaxı Olimpiya Mərkəzində  yeniyetmə qızlar arasında ilk Tag-Rugby yarışması keçirildi.
Yarışda Bakı şəhərindən Dünya məktəbinin, Avropa Azərbaycan məktəbinin, Qobusdan rayon, Şamaxı rayon Sabir qəsəbəsi və Şamaxı Olimpiya Mərkəzinin komandaları iştirak edirdi.
Yarışın açılış mərasimində Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin baş məsləhətçisi Əlniyaz Mirzəyev, Azərbaycan Reqbi Federasiyasının baş katibi Eldar Kərimov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, regional idarənin idman sektorunun müdiri Rəşad Osmanov və Şamaxı rayonu üzrə gənclər və idman sektorunun müdiri Şahmar Hüseynov iştirak etmişdir.

Oxunub: 164
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az