Əgər xain olsaydım, çantalarımı yığıb qaçardım.
N.Paşinyan bildirib ki, Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, hazırda Qarabağla bağlı üçtərəfli bəyanatdan imtina etmək mümkün deyil.Baş nazir, həmçinin Ermənistanda vətəndaş qarşıdurmalarının qarşısını aldığını bildirərək, hazırkı daxili siyasətdən söz açıb. O, iqtidara kimin gələcəyinə yalnız xalqın qərar verə biləcəyini söyləyib.Bundan əlavə, Paşinyan ölkədən qaçmayacağını bəyan edib."Əgər xain olsaydım, çantalarımı yığıb qaçardım. Bir çox cəhətdən hökumətimizi günahlandırmaq olar, amma bu məsələlərə görə yox", - deyə baş nazir bildirib.
Oxunub: 272