"Allah rəhmət eləsin" duasının mənası "Allah sənə mərhəmət göstərsin" deməkdir. Bu söz sizə aiddir Fəxrəddin müəllim. Bu gün Şamaxının görkəmli pedaqoqu və dəyərli şəxslərdən biri olan Fəxrəddin müəllim vəfat edib. Allah rəhmət eləsin! Şamaxının sayılıb-seçilən qabaqçıl müəllim, yeriniz cənnət olsun. Fəxrəddin müəllimin Şamaxı gənclərin, ziyalıların, mütəxəsisslərin yetişdirilməsində böyük əməyi olmuşdur. Həmidə o, müdrik ağsaqqal olmaqla bərabər, vətənpərvər, xalqın, obasın sevər bir şəxsiyyət idir. Fəxrəddin müəllim dünyasını dəyişməsinə baxmayaraq onun xatirəsi onu tanıyan və sevən tələbələrinin qəlbində əbədi olaraq yaşayacaqdır. Allah ona rəhmət eləsin, ruhu şad olsun!
Bütün Şamaxı sakinləri və ziyalıları Fəxrəddin müəllimin vəfatından kədərləndiklərini bildirir və mərhumun bütün yaxınlarına, dərin hüznlə başsağlığı verirlər.
P.S- Bu vəfasız dünyadan bir Fəxrəddin müəllim keçdi. Onu tanıyan hər kəsin həyatına, Fəxrəddin müəllim öz yaxşı toxunuşunu etdi. Həyatları mənalı və gözəlləşdirdi. O, əsil müəllim idi. Şagirdlərinə əsl həyat dərsi keçən pedaqoq idi. Onun dediyi hər cümləsi hikmət və qızıla bərabər idi.
Cəsarət öyrədən, ədalət hissi aşılayan, sözübütöv, hər addımda xeyir-duasını əsirgəməyən, mərhəmətli insan. Allah Sizə Rəhmət eləsin.
Bu şəkildə iki dost var Kamal müəllim və Fəxrəddin müəllim.
Oxunub: 145