Sonda məşqçi-müəllim heyətinin sualları cavablandırıldı.




20 sentyabr 2024- cü il tarixində Qobustan “Gənclər Evi” SXM-də ötən tədris ilində görülən işlər və yeni tədris ilində qarşıda duran vəzifələr barədə Qobustan rayon Uşaq Gənclər İdman Məktəbinin məqçi müəllim heyyəti  ilə görüş keçirildi .
Görüşdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, idarənin rəis müavini Fərhad Qurbanov, idman sektorunun müdiri Rəşad Osmanov Qobustan rayonu üzrə gənclər və idman sektorunun müdiri Qadir Əkbərov və UGİM-nin rəhbər, məşqçi-müəllim heyəti iştirak edirdi. 
İlk öncə Qobustan rayonu üzrə gənclər və idman sektorunun müdiri Q.Əkbərov çıxış edərək ötən tədris ilində görülən işlər və məktəbin yetirmələrinin ölkə və beynəlxalq yarışlarda əldə etdikləri uğurlar barədə məlumat verdi. Sonra Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi T.Salehov  çıxış edərək UGİM-ni kollektivini salamladı, ötən tədris ilində məktəbin qazandığı uğurlara görə məşqçi-müəllim heyətini təbrik etdi və 2024-2025 – ci tədris ilində qarşıda duran vəzifələr barədə söz açdı.
Sonda məşqçi-müəllim heyətinin sualları cavablandırıldı.

Oxunub: 126
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az