Azərbaycanda bu fənlərin müəllimləri daha çoxdur.
2023-cü ildə ölkədə fəaliyyət göstərən dövlət və özəl ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əsas ixtisaslar üzrə və təhsil səviyyəsinə görə bölgüsü məlum olub.2023-cü il oktyabrın 1-nə olan vəziyyətdə Azərbaycan dili və ədəbiyyat, ingilis dili və riyaziyyat müəllimləri üstünlük təşkil edib.
Belə ki, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sayı 15879 nəfər, ingilis dili müəllimlərinin sayı 14189, riyaziyyat müəllimlərinin sayı isə 14078 nəfər olub.Digər fənlərə gəlincə, tarix müəllimlərinin sayı 8831, fizika müəllimlərinin sayı 6125, informatika müəllimlərinin sayı 5636, kimya müəllimlərinin sayı 4423, coğrafiya müəllimlərinin sayı 5819, biologiya müəllimlərinin sayı 5996, rus dili və ədəbiyyatı müəllimlərinin sayı 5808, gürcü dili və ədəbiyyatı müəllimlərinin sayı 31, digər xarici dil müəllimlərinin sayı isə 965 nəfər olub.Müəllimlərin əksəriyyəti ali təhsillidir. İngilis dili üzrə dərs deyən müəllimlərin 22.5 faizi, informatika fənni üzrə isə dərs deyən 13.4 faiz müəllim orta ixtisas məktəblərini bitirib.
Oxunub: 109