Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançıları və onların məşqçiləri təltif ediliblər.




Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançıları və onların məşqçiləri təltif ediliblər. 
Onlar arasında parataekvondoçularımız Xəlilov İmaməddin Marif oğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Zeynalov Sabir Elniz oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 
Millinin baş məşqçisi Tağızadə Fərid Əvəz oğlu isə “Tərəqqi” medalına layiq görülüb.

ATF.

Oxunub: 66
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az